Ağstafada usta damdan yıxılaraq öldü

agstafada-usta-damdan-yixilaraq-oldu
Oxunma sayı: 1396

Ağstafada usta damdan yıxılaraq ölüb.

“Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Poylu kəndində baş verib. 1957-ci il təvəllüdlü Həsənov Alim Mirzəli oğlu evin damında təmir işləri aparan zaman yerə yıxılıb. Ağır bədən xəsarəti alan usta xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli