Ağstafada yaşlı kişi qatar altında qalıb

agstafada-yasli-kisi-qatar-altinda-qalib
Oxunma sayı: 2302

Ağstafada bədbəxt hadisə baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Ağstafa Dəmir Yol vağzalında baş 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb.

Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.