Ağstafada yaşlı qadını öldürən şəxs saxlanıldı

agstafada-yasli-qadini-olduren-sexs-saxlanildi
Oxunma sayı: 2299

Ağstafa rayonunda 62 yaşlı qadını öldürən şəxsin kimliyi müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Köçəsgər kəndində yalnız yaşayan 1959-cu il təvəllüdlü Çiçək Əkbərovanı 1987-ci il təvəllüdlü Tural Məmmədovun qətlə yetirdiyi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

İlkin məlumata görə, Tural Məmmədov quldurluq məqsədilə evə daxil olub və Ç.Əkbərovanı boğaraq öldürüb. Daha sonra onun qulaqlarından sırğalarını açaraq aparıb.

İstintaq davam etdirilir.

Murad Əhməd