Ağstafada yol qəzası - Yaralılar var

agstafada-yol-qezasi
Oxunma sayı: 1886

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin, idarəetnmədən çıxaraq, yolun kənarından dərəyə aşması nəticəsində Dağkəsəmən kənd sakinləri – 25 yaşlı Sərxan Xəlilov, 23 yaşlı Məhəmməd İbrahimov və 26 yaşlı Sərxan Musayev xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli