Ağsu aşırımında yanğın başladı - Əraziyə 2 helikopter cəlb edilib

agsu-asiriminda-yangin-basladi
Oxunma sayı: 2233

Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın başlayıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.