Ağsu rayonunda Ağsu aşırımı adlanan ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın iyunun 16-da dağlıq ərazidə başlamışdı.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri, Aviasiya dəstəsinin iki helikopteri yanğınsöndürmə işlərinə cəlb edilmişdi.
Son xəbərlər
Son Xəbərlər