“Ağsu dolayları”nda təmir-bərpa işləri başa çatdı

agsu-dolaylarinda-temir-berpa-isleri-basa-catdi
Oxunma sayı: 1503

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsində ( Ağsu dolayları ) istinad divarlarının bərpası və suvanması işləri həyata keçirilib, həmçinin sərt döngələrdə və digər zəruri yerlərdə yol kənarlarına təhlükəsizlik məqsədi ilə xüsusi dəmir-beton maneələr düzülüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sözügedən ərazidə təhlükəsizlik məqsədi ilə atılmış daha bir addım kütləsi 3500 kq-dan, hündürlüyü də 2,75 m-dən çox olan yük maşınlarının hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. “Ağsu dolayları” ilə sözügedən məhdudiyyətin tətbiq edilməsi həm yük maşınları sürücülərinin özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Çünki Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsi enişli-yoxuşlu, sərt döngəli bir yoldur.

Bununla bağlı olaraq həm Şamaxı rayonu, həm də Ağsu rayonu istiqamətindən müvafiq yol nişanlarının və “Ağsu dolayları”na girişdə hündürlüyü məhdudlaşdıran xüsusi maneələrin quraşdırılması işləri aparılıb.

Yük maşınlarının sürücülərindən alternativ olaraq Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarından, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməkləri tövsiyyə olunur.