Ağsu sakini itkin düşüb - Foto

agsu-sakini-itkin-dusub
Oxunma sayı: 1636

Ağsu rayonunda 40 yaşlı kişi itkin düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağsu rayon Bəyimli kənd sakini, 1978-ci il təvəllüdlü Mehdiyev Əlizamin Əlimirzə oğlu 17 yanvar 2018-ci il tarixində axşam saatlarından etibarən müəmmalı şəkildə itkin düşüb.

3 həftədir onun harada olduğu bilinmir.

Şəkildəki şəxsi görənlərdən Daxili İşlər Nazirliyinin “Qaynar xətti”nə (102) və ya yaxınlıqdakı polis bölmələrinə məlumat vermələri xahiş olunur.

Fərid Ədalət