Ağsu sakinindən qanunsuz saxladığı odlu silah götürüldü

agsu-sakininden-qanunsuz-saxladigi-odlu-silah-goturuldu
Oxunma sayı: 1190

Ağsu sakinindən qanunsuz saxladığı odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çaparlı kənd sakini Cümşüd Ayadovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.