Bu gün yerli vaxtla 08:50-də Pirqulu stansiyasından 8 km qərbdə Ağsu ərazisində dərinlik 13 km, ml=3.5 zəlzələ qeydə alınıb.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, zəlzələ episentrdə və ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Son xəbərlər
Son Xəbərlər