Ağsuda 43 yaşlı kişi güllələndi - Saxlanılan var

agsuda-43-yasli-kisi-gullelendi
Oxunma sayı: 2688

Bu gün saat 19 radələrində Ağsu rayonunda 43 yaşlı kişi güllələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Nəticədə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.