Ağsuda baş vermiş yanğın söndürülüb

agsuda-bas-vermis-yangin-sondurulub
Oxunma sayı: 748

25 avqust tarixində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

FHN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın nəticəsində dağlıq ərazidə 10 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.