Ağsuda “KamAz” yandı

agsuda-kamaz-yandi
Oxunma sayı: 1515

Ağsu rayonunda "KamAZ" markalı yük avtomobili yanıb.

"Qafqazinfo"nun FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Növcü kəndində avtomobilin qoşqusunun yanar hissələri, qoşquya yığılmış 6,7 ton ot bağlamasının 5 tonu və ətrafda 2 ha kol-kos yanıb.

Yük avtomobili və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb;