"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru 53 yaşlı Qafar Abbasov Ağsu rayonunda özünə məxsus avtomobillə qəzaya düşüb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır.
***
"Lent.az"ın məlumatına görə, Q.Abbasov xidməti avtomobili ilə hərəkətdə olarkən qarşısına it çıxıb. O, iti vurmamaq üçün nəqliyyat vasitəsini kənara istiqamətləndirib. Bu zaman idarəetmədən çıxan avtomobil ağaca çırpılıb.
Son xəbərlər
Son Xəbərlər