Bu gün günorta saatlarında Ağsu rayonunda torpaq sürüşməsi olub.
“Qafqazinfo”nun verdiyi xəbərə, Gürcüvan kəndi istiqamətində olan yolda uçqun baş verib. Yolun təxminən 20 metr hissəsində torpaq sürüşüb və asfalt tamamilə dağılıb. Bu səbəbdən Gürcüvan və digər kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Müvafiq qurumların texnikaları əraziyə cəlb olunub.
Rəşad Türkoğlu

Son xəbərlər
Son Xəbərlər