Ağsuda üç uşaq anası özünü asdı

agsuda-uc-usaq-anasi-ozunu-asdi
Oxunma sayı: 2993

Ağsu rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun İlxıçı kənində qeydə alınıb.

Kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

Üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.