Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Ağsu-Kürdəmir yolunda, Ağsunun Ərəbmehdibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb, nəticədə hələlik kimliyi bəlli olmayan sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Ölən sürücü Ramana qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü Kəlbəcər sakini Mamedov Mübariz Ağa oğludur.
Rəşad Türkoğlu



Son xəbərlər
Son Xəbərlər