“Ağzına şillə vurub, yerində otuzdururam...”

agzina-sille-vurub-yerinde-otuzdururam
Oxunma sayı: 3662


“Heydər Əliyev sarayında mayda konsert verəcəm, bu yarım əsrdə gördüyüm işlərin hesabatı olacaq. Yerli musiqiçiləriştirak edəcək, dekorasiyanı isə türklərə həvalə etmişik. Böyük bir layihəm var, içərisində səsyazma studiyası, kafesi, mənim ofisim, istirahət məkanı olan mərkəz açacam”.

İlhamə Quliyeva şou-biznes nümayəndələrindən də bəhs edib:

“Sənətdə kiminsə hüquqi yoxdur ki, kimisə təhqir etsin. Məndən sorşurlar ki, sizin bostanınıza daş atanların cavabını necə verirsiniz? Mənim bostanım yoxdur, pamidor, xiyar becərmirəm. Yanımda olmağa çoxları can atıb, amma mən yol verməmişəm. Qalan ömrümü də ləyaqətlə yaşamaq istəyirəm, buna maneə törətmək istəyənlərin ağzına şillə vurub, yerində otuzdururam.  Heç kim də şərəf və ləyaqətini tapdalamasına imkan verməsin”. 

Könül