“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailəsi çənəsindəki ağrıya dözə bilməyən 17 yaşlı Aşik Qavaini xəstəxanaya aparıb. Sağ alt çənəsində anormal şişlik müşahidə edən həkimlər onu əməliyyat etmək qərarına gəlib. 6 saatlıq əməliyyat nəticəsində gəncin ağzından irili-xırdalı 232 diş çəkilib. Həkimlər bu əməliyyatı nadir rastlanan adlandırır və Guines-in Rekorlar Kitabına müraciət etməyi düşünür: “Bu günə kimi xəstəxanada ən çox 37 diş çəkilib, belə hadisə bizim üçün də xüsusidir”.
Son xəbərlər
Son Xəbərlər