Ötən gün “Receb İvedik 5” filminin treyleri yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, ekran işinin anonsu sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Komediya janrında çəkilən filmdə Azərbaycanla bağlı mövzuya da toxunulub.
Receb obrazını canlandıran Şahan Gökbakar rinqdə həmyerlimizlə qarşılaşır və qalib olmaq üçün mübarizə aparır.
Onun Azərbaycan dilində danışması isə diqqətdən yayınmayıb. Komediya aktyoru azərbaycanlı rəqibinə qarşı “Ağzını-burnunu qırmağa gəlmişəm, qardaş!” deyə müraciət edib.
Xatırladaq ki, filmin Türkiyədə təqdimatı fevralın 16-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər