Əməkdar artist Ədalət Şükürov sosial şəbəkələlərin müğənnilərə yaratdığı çətinliklərdən danışıb.
“Qafqazinfo”nun məlumatına görə, müğənni Muz TV-yə açıqlamasında sosial şəbəkələrdə müğənniləri təhqir edənləri qınayıb:
“Əvvələr vəziyyət tamam fərqli idi. Səni axtarıb tapırdılar. İndi isə deyirlər ki, sosial şəbəkələrdə var. O məsafəni özümüz azaltdıq. Bütün sosial şəbəkələrdə varam, özüm işlədirəm. Sosial şəbəkədə təhqir yazanlara demək istəyirəm ki, ayıb olsun. Bizim bir düşmənimiz var, elə onlarla düşmənçilik etməliyik. Özümüzünkülər düşməndən betər şeylər yazırlar. Ağzınıza gələni yazmayın, yazanda da kişi kimi sözünüzün arxasında durun. Öz mobil telefonunuz və adınızı yazın”.
Son xəbərlər
Son Xəbərlər