“Ah Karabağ” mahnısının müəllifi Bakıya gəlir

ah-karabag-mahnisinin-muellifi-bakiya-gelir
Oxunma sayı: 1209


“Qafqazinfo”ya daxil olan məlumata görə,  qonaq ilk olaraq Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda olacaq. Ön cəbhədə əsgər və hərbçilərlə görüş və konsert proqramından sonra rayon ictimaiyyəti üçün də sənətçi konsert proqramı ilə çıxış edəcək. Sonra Gəncə yaxınlığında Gülüstan qəsəbəsində məcburi köçkünlərlə görüşəcək və onlar qarşısında konsert proqramı ilə çıxış edəcək. Bundan sonra Dağlıq Qarabağ istiqamətində ön cəbhə rayonlarımızdan biri olan Tərtər rayonunda əsgər və hərbiçilərlə görüşüb, onlar qarşısında çıxış edəcək Başkal eyni zamanda rayon ictimaiyyəti üçün də geniş konsert verəcək. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB bunlarla yanaşı Başkalın Bakıda R. Behbudov adına Mahnı teatrında şəhid ailələri, qaçqın və məcburi köçkünlər və musiqisevərlər üçün də konsertini təşkil edib.