Ahıllar Pirşağıda istirahət etdilər

ahillar-pirsagida-istirahet-etdiler
Oxunma sayı: 1216

İyun ayının 28-də Nəsimi rayonunda yaşayan bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər xüsusi avtobusla Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzində olublar.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini Gülarə Verdiyeva bu gün  dövlət ahıl, əlil və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, mənzil,  reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Bu da xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir. 

Nahar süfrəsi arxasında davam edən görüşdə veteranlar  bildiriblər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik  onları çox sevindirir. Bakı şəhərinin və regionların günügündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir.