Ahmet Kayanın “yazı lövhəsi”nə çevrilən məzar daşı... - Foto

ahmet-kayanin-yazi-lovhesine-cevrilen-mezar-dasi
Oxunma sayı: 4091

2000-ci ildə Parisdə vəfat edən türkiyəli sənətçi Ahmet Kayanın “Pere Lachaise”dəki məzar daşı sevənlərinin “yazı lövhəsinə” çevrilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, ailə məzar daşını vaxtaşırı təmizlədib, səliqəyə salsa da, o, qısa vaxt ərzində əvvəlki halına geri dönür.

“Əvvəlcə üzülürdük, artıq alışmışıq. Məzar daşına zərər verilməyincə sevənlərinin hisslərini paylaşması gözəldir. Ahmet Kayanı çox sevirlər və bunu ifadə edirlər”, - Kaya ailəsi deyib.

Ailənin sözlərinə görə, məzar daşında bəziləri Ahmet Kayanın ifa etdiyi mahnıların sözlərini, bəziləri sevdiyi şəxsə ismarıcını, bəziləri isə doğma şəhərinin adını yazır.