Avropa İttifaqının tabeliyindəki Avropa Dərman Agentliyi (EMA) “AstraZeneca”nın istehsal etdiyi koronavirus vaksininin 18 yaşdan yuxarı şəxslərə tətbiqini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, Avropa Dərman Agentliyinin açıqlamasına görə, kliniki sınaqlar göstərib ki, vaksin 18 yaşından yuxarı insanlarda koronavirusa yoluxmanı əngəlləyir, etibarlı və təsirlidir.
“Hələlik yaşlılarda (55 yaşdan yuxarı) peyvəndin nə qədər təsirli olacağına dair bir statistika əlimizdə yoxdur”, - agentlikdən əlavə edilib.
Son xəbərlər
Son Xəbərlər