“Aİ 95” artıq yeni qiymətlə satılır

ai-95-artiq-yeni-qiymetle-satilir
Oxunma sayı: 3681

Bu gündən Azərbaycanda “Aİ 95” premium markalı benzinin qiyməti artıb. 

“Qafqazinfo” xəbər verir ki, qiymət 10 qəpik qalxıb və hazırda 1 manat 20 qəpik təşkil edir. 

Qeyd edilir ki, bu markalı benzin idxal olunduğundan, qiymət artımı dünya bazarındakı dəyişikliklə əlaqədardır. 

Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.