“Biz Cənubi Qafqazda sülh və əmin amanlığın bərpa olunmasın öz töhfəmizi verməyə hazırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Varhelyi qeyd edib ki, Aİ olaraq Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesində texniki dəstək göstərməyə hazırdır:
“Biz işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesinə də yardım göstərməyə hazırıq. Aİ texniki dəstəklə yanaşı, maliyyə dəstəyi də göstərə bilər.
Aİ olaraq düşünürük ki, uzunmüddətli sülh kiçik addımlardan başlayır və hər iki ölkənin (Azərbaycan, Ermənistan – red.) bu kiçik addımları atmasına yardım etməyə hazırıq”.
Eldar Tanrıverdiyev
Son xəbərlər
Son Xəbərlər