“Aİ Azərbaycandakı layihələrə 2 milyard avro ayırıb”

ai-azerbaycandaki-layihelere-2-milyard-avro-ayirib
Oxunma sayı: 1218

“Ötən il Aİ və Azərbaycan arasındakı tərəfdaşlığın möhkəmləndiyini bir çox hallarda görə bildik. Biz əməkdaşlığımızı daha yüksək səviyyəyə və keyfiyyətə, yeni mərhələyə çatdıracaq yeni əhatəli ikitərəfli saziş üzərində işləyirik”.

"Qafqazinfo" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Piter Mixalko bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın xarici ixracatının 44% Aİ bazarlarına gedir: "Aİ ölkənin ən böyük kommersiya tərəfdaşıdır. 2021-ci ildə Azərbaycan və Aİ arasında ticarət dövriyyəsinin həcmi 15,4 milyard dollar olub. Aİ birbaşa xarici investiyaların ən böyük mənbəyidir. Aİ-yə üzv ölkələrdən yüzlərlə şirkət Azərbaycanda fəaliyyət göstərir”.

O vurğulayıb ki, Aİ regionda sülh prosesinə töhfə verir: " Aİ Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlığın olması üçün qoyulan hədəfinə doğru irəliləməyə davam edəcək”.

Piter Mixalko qeyd edib ki, Aİ Azərbaycandakı layihələrə 2 milyard avro ayırıb və bu istiqamətdə prioritet layihələr müəyyənləşdirib. Bu layihələrə ictimai səhiyyə, insan kapitalının artırılması, yaşıl iqtisadiyyat və digər sahələr daxildir. 

Səfir əlavə edib ki, Aİ minalardan təmizləmə işlərini də dəstəkləyir: “Biz Azərbaycanın yenidənqurma səylərini və hazırlanmış layihələri dəstəkləməyə hazır olacağıq. Biz əməkdaşlığımızın bundan sonra daha da inkişaf edəcəyinə ümid edirik”. 

Eldar Tanrıverdi