Aİ Azərbaycanı bu siyahıdan çıxardı

ai-azerbaycani-bu-siyahidan-cixardi
Oxunma sayı: 6807

Avropa İttifaqı koronavirusla bağlı epidemik vəziyyət pisləşdiyindən birliyin xarici sərhədlərinin açılmasının tövsiyə olunduğu ölkələrin siyahısına yenidən baxmaq qərarına gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Azərbaycan da daxil olmaqla 6 ölkə siyahıdan çıxarılıb, Uruqvay isə əlavə edilib. Siyahıdan çıxarılan ölkələr Azərbaycan, Albaniya, Serbiya, Ermənistan, Bruney və Yaponiyadır.

Aİ-nin səyahət məhdudiyyətlərinin qaldırılması tövsiyə olunan dövlətlər siyahısına hazırda 13 ölkə daxildir: Avstraliya, Bosniya və Herseqovina, Kanada, İordaniya, Yeni Zelandiya, Qətər, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Ukrayna, Uruqvay, Çin.