Aİ bu ölkələrə sanksiya tətbiq edəcək

ai-bu-olkelere-sanksiya-tetbiq-edecek
Oxunma sayı: 2231

Avropa İttifaqı Belarus və İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin sözçüsü Peter Stano bildirib.

"Biz Rusiyaya qeyri-qanuni müharibədə kömək edən və dəstəkləyənlərə qarşı sanksiyaları davam etdirəcəyik. Təkcə Belarus deyil, İran da həmin siyahıda olacaq”, - deyə Stano qeyd edib.

Qeyd edək ki, hazırda Aİ-nin Belarusa qarşı iki sanksiya paketi var. Onlardan biri Belarus hökumətinin müxalifətə təzyiq göstərdiyi və 2020-ci ilin avqustunda keçirilən seçkiləri saxtalaşdırdığı əsası ilə tətbiq edilib.