Aİ-də Donbassdakı gərginlik müzakirə olunacaq

ai-de-donbassdaki-gerginlik-muzakire-olunacaq
Oxunma sayı: 893

Aİ xarici işlər nazirləri 19 aprel tarixinə planlaşdırılan videokonfrans formatında keçiriləcək iclasda Donbassdakı vəziyyətin ağırlaşmasını müzakirə edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyi Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat verib.

“Ukraynanın şərqindəki vəziyyətin yenidən kəskinləşməsi Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində 19 aprel tarixində onlayn formatda keçiriləcək iclasında nəzərdən keçiriləcək. Aİ ölkələri atəşkəs razılaşmalarının dəfələrlə pozulması və Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədinə cəlb olunması hallarını narahatlıqla izləyirlər”,- deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, iclasın gündəliyində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin müzakirə olunması yoxdur:

“Şuranın iclasında nazirlər bütün tərəflərə gərginliyin azaldılması zərurəti ilə bağlı güclü bir siqnal göndərəcək. Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin müzakirəsi nəzərdə tutulmayıb”.