Aİ-dən Azərbaycan və Ermənistana çağırış

ai-den-azerbaycan-ve-ermenistana-cagiris
Oxunma sayı: 1735

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanı mövcud problemlərin uzunmüddətli həlli üçün siyasi dialoqa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində təşkil olunan vətəndaş cəmiyyəti forumunda bildirib.

“Mən tamamilə əminəm ki, yalnız siyasi dialoq dayanıqlı nizamlanmaya gətirib çıxara bilər. Bu həm də Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətinin birləşməsini, körpülərin qurulmasını və barışıq səylərinə kömək etməyi tələb edir”, - o vurğulayıb.

Şarl Mişel əlavə edib ki, Aİ öz növbəsində münaqişələrin qarşısının alınması və həllinə töhfə verməyə hazırdır. Bura etimadın yaradılması, davamlı və hərtərəfli nizamlanmanın təşviqi, o cümlədən münaqişədən sonra yenidənqurma tədbirlərinə dəstək daxildir.