Aİ-dən Azərbaycana başsağlığı

ai-den-azerbaycana-bassagligi
Oxunma sayı: 1901

Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib.

Həmçinin oxuyun: Террорист напавший на посольство, спокойно даёт интервью - Видео

"Aİ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN-ə və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Biz qəlbən həlak olan şəxsin ailəsinin yanındayıq. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Ətraflı istintaq aparılacağına və günahkarların məsuliyyətə cəlb olunacağına ümid edirik", - deyə Peter Stano vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.