Aİ-dən “Meta”ya 1,3 milyard dollarlıq cərimə

ai-den-metaya-13-milyard-dollarliq-cerime
Oxunma sayı: 1273

“Meta” şirkəti Avropa İttifaqı (Aİ) tərəfindən 1,3 milyard dollar cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb şirkətin fərdi məlumatların qorunması qanununu pozaraq istifadəçi məlumatlarını ABŞ-yə göndərdiyinin aşkar edilməsidir.

“Meta” həmçinin, 5 ay ərzində ABŞ-yə istənilən şəxsi məlumat ötürülməsini dayandırmalıdır.

Şirkət bu vəziyyətin məxfilik tətbiqləri ilə əlaqəli olmadığı, ABŞ və Aİ arasında gizlilik hüquqları çərçivəsində əsaslı bir hüquqi ziddiyyətdən qaynaqlandığı iddia edib.