Aİ-dən Rusiyaya qarşı 10-cu sanksiya paketi

ai-den-rusiyaya-qarsi-10-cu-sanksiya-paketi
Oxunma sayı: 2750

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qüvvəyə salıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sanksiya çərçivəsində 87 fiziki və 34 hüquqi şəxsə məhdudiyyət qoyulub.

Avropa İttifaqı “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov və Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyevi sanksiya siyahısına daxil edib.