Avropa İttifaqı Suriya əleyhinə sanksiyaları genişləndirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın daha 7 vəzifəli şəxsinin adı sanksiya siyahısına daxil edilib. Yeni qadağalar Suriyanın Nazirlər Kabinetində kadr yerdəyişmələrindən sonra tətbiq olunub.
Hazırda sanksiya ilə üzləşənlər siyahısında 277 fiziki, 72 hüquqi şəxsin adı var.
Son xəbərlər
Son Xəbərlər