Aİ-dən TikTok-a qarşı qərar

ai-den-tiktok-a-qarsi-qerar
Oxunma sayı: 3451

Avropa İttifaqı (Aİ) Çin sosial media platforması TikTok-un uşaqların məxfiliyini pozduğuna görə böyük məbləğdə cərimələnməsini istəyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Məlumatların Mühafizəsi Şurası açıqlama yayıb.

Şura platformanın baş qərargahı olduğu İrlandiya Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən 2021-ci ildə TikTok-un qərara uyğun gəlmədiyi səbəbiylə 13-17 yaşlı istifadəçilərin məlumatlarının qorunması ilə bağlı başlatdığı araşdırma ilə bağlı rəyini açıqlayıb.

İrlandiya Məlumatların Mühafizəsi Təşkilatının TikTok-un cərimələndirilməsinə icazə verən qərarının haqlı olduğu məlum olub.

Cərimənin 4 həftə ərzində açıqlanacağı bildirilir.