Aİ-dən Türkiyəyə üç milyard avro yardım

ai-den-turkiyeye-uc-milyard-avro-yardim
Oxunma sayı: 2151

Avropa İttifaqı Türkiyəyə köç müqaviləsi üçün üç milyard avro verilməsi qərarına gəlib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel açıqlayıb.

Bundan əvvəl isə Avropa İttifaqı Liderlər Zirvəsində Aİ ölkələrinin dövlət və hökumət başçıları Avropa Komissiyasından Türkiyədəki suriyalılar üçün təmin olunacaq maddi dəstəklə bağlı rəsmi təklifi gecikdirmədən təqdim etməyi istəmişdilər.