Aİ-dən üçüncü doza tələbi

Aİ-dən üçüncü doza tələbi
Oxunma sayı: 1294

Avropa İttifaqına (Aİ) səyahət üçün ikinci dozadan sonra doqquz ay ərzində koronavirusa qarşı 3-cü doza peyvəndi olmayanların sertifikatı etibarsız sayılacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Aİ-nin Ədliyyə Komissiyasının üzvü Didier Reynders açıqlayıb.

O qeyd edib ki, üçüncü doza olmadığı təqdirdə sertifikat qüvvəsini itirəcək:

“Qərar Avropada son vaxtlar COVID-19-a yoluxmanın ciddi şəkildə artması və elmi yeniliklər fonunda verilib”.

Bildirilib ki, bu qaydalar 6-17 yaş aralığına da şamil olunacaq. Bundan əlavə, bütün uçuşlarda PCR testi tələb olunacaq.