Aİ Ermənistanı məlumatların mübadiləsinə çağırdı

ai-ermenistani-melumatlarin-mubadilesine-cagirdi
Oxunma sayı: 2305

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano Kəlbəcərdə mina partlayışı nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı paylaşım edib.

“Qafqazinfo”nun xəbərinə görə, Aİ rəsmisi bildirib ki, mina partlayışları nəticəsində mülki itkilərin qarşısı alınmalıdır:

“Ərazilərin minalardan təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi həyata keçirilməlidir”.

O, Azərbaycan və Ermənistanı humanitar məsələləri həll etməyə çağırıb.