Aİ helikopterin qəza enişi etməsi barədə xəbərləri izləyir

ai-helikopterin-qeza-enisi-etmesi-barede-xeberleri-izleyir
Oxunma sayı: 4741

“Avropa İttifaqı İranın Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianı daşıyan helikopterin qəza enişi etməsi barədə xəbərləri diqqətlə izləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” hesabında yazıb:

“Göyərtəsində İran Prezidenti və xarici işlər nazirinin olduğu helikopterin gözlənilmədən eniş etmək məcburiyyətində qaldığı və onların vəziyyətinin hələ aydın olmadığı barədə xəbərləri diqqətlə izləyirik”.