“Aİ Kiyevə maddi dəstəyini davam etdirə bilməz”

ai-kiyeve-maddi-desteyini-davam-etdire-bilmez
Oxunma sayı: 2752

“Avropa İttifaqı Kiyevə qalib gəlmək üçün lazımi qədər pul və silah verə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Baş nazirin sözlərinə görə, artıq Avropada insanlar hökumətlərinin Ukraynaya maliyyə yardımı etməsinə etiraz edirlər:

“Biz Zelenskinin hərbi qələbə qazanmasına imkan verəcək maliyyə resurslarını təmin edə bilmərik. Pul həqiqətən də Aİ-nin əsas problemi olaraq qalır”.

Orban, Ukraynanın daha çox ərazi itirə biləcəyini, hətta müharibəni uduzacağını da hesaba qatmağın vacibliyindən danışıb.