Aİ Körfəz Əməkdaşlıq Şurası ilə “strateji tərəfdaşlıq” elan edir

ai-korfez-emekdasliq-surasi-ile-strateji-terefdasliq-elan-edir
Oxunma sayı: 695

"Avropa İttifaqı (Aİ) “strateji tərəfdaşlıq” çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (GCC) ilə enerji, yaşıl keçid, iqlim dəyişikliyi, ticarət və iqtisadi müxtəliflik, regional sabitlik və qlobal təhlükəsizlik kimi məsələlərdə birlikdə çalışacaq".

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell deyib.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropa təhlükəsizlik arxitekturasındakı dəyişiklikləri nəzərə alaraq AB tərəfindən hazırlanan müdafiə xərcləri üçün ortaq mexanizmə toxunan Cozef Borrell, "Mövcud imkanlarımızı artırmalıyıq, keyfiyyət və kəmiyyət baxımından boşluqları doldurmalıyıq. Müasir hava hücumundan müdafiə vasitələri, pilotsuz təyyarələr lazımdır. Bizə havadan havaya yanacaq doldurma imkanları, tanklar və zirehli maşınlar lazımdır", - deyə bildirib.

O, fosil yanacaqlardan asılılığı azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün Körfəz ölkələri ilə strateji əməkdaşlıq quracaqlarını bildirib. O, bu ölkələrin bölgədə İranla nüvə münaqişəsində və Yəmən müharibəsində Aİ ilə birlikdə iştirak etdiyini vurğulayıb.

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin şiddətləndiyi, qaydalara əsaslanan beynəlxalq nizama inamsızlıq və əhəmiyyətli problemlər yaşandığı bir vaxtda Aİ və Körfəz ölkələri bir sıra əsas sahələri əhatə edən daha güclü, strateji tərəfdaşlıqdan faydalanacaqlar",- Cozef Borrell bildirib.