Aİ-nin Bakıdakı nümayəndəliyindən Anım Günü ilə bağlı paylaşım

ai-nin-bakidaki-numayendeliyinden-anim-gunu-ile-bagli-paylasim
Oxunma sayı: 1232

“2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi feysbuk səhifəsində yerləşdirilib.

“Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönəlik səyləri dəstəkləyir.

Azərbaycan xalqına və regiona sülh və firavanlıq arzulayırıq!”, - deyə məlumatda bildirilir.