Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin Rusiya mediasının yayımına qadağa qoymasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
“Biz Aİ-nin bu addımını siyasi senzura praktikasının davamı kimi qiymətləndiririk”, - Zaxarova vurğulayıb.
Qeyd edək ki, Aİ Şurası Rusiyanın “RİA Novosti” agentliyinin, “İzvestiya” qəzetinin, “Rossiyskaya qazeta” və “Avropanın səsi”nin Avropa İttifaqı ərazisində yayımını qadağan edib. Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov bildirib ki, Avropa İttifaqında Rusiya KİV-lərinin yayımına qoyulan qadağa Qərb tərəfindən sərt senzuradan xəbər verir və bu, söz azadlığı hüquqları ilə üst-üstə düşmür.