Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir

ai-nin-cenubi-qafqaz-uzre-xususi-numayendesi-bakiya-gelir
Oxunma sayı: 1069

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlir. 

“Qafqazinfo” xəbər verir ki, Toivo Klaar səfəri barədə öz tvitter hesabında yazıb.

“Soyuq, amma günəşli Moskvadan Bakıya gedirəmAzərbaycanda substantiv görüşləri səbirsizliklə gözləyirəm”, -  deyə T.Klaar qeyd edib.

Qeyd edək ki, ötən ay Avropa İttifaqı Toivo Klaarın səlahiyyət müddətini daha 12 ay uzadıb. O, 2017-ci ildən bu vəzifədədir.