Aİ-nin G7 prioriteti bu məsələlər olacaq

ai-nin-g7-prioriteti-bu-meseleler-olacaq
Oxunma sayı: 1127

Avropa İttifaqı bu həftə keçiriləcək G7 sammitində Ukraynaya maliyyə və hərbi dəstək, Rusiyaya qarşı yeni sanksiyalar və Çinlə iqtisadi əlaqələrdə izlənəcək tutumu gündəmə gətirəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen və Aİ Şurasının sədri Şarl Mişel Brüsseldə mətbuat konfransında müzakirələr zamanı danışıblar.

Leyen G7 Sammitində Ukraynanın əsas gündəm maddələrindən biri olacağını, Ukraynaya sona qədər dəstək iradəsinin təsdiqlənəcəyini, hərbi dəstəyin sürətləndirilməsi ilə yanaşı, maliyyə dəstəyini də müzakirə edəcəklərini bildirib.