Aİ-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tviterdə yazıb.
“Bir neçə saat əvvəl Aİ-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb. Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır”,- Borrell qeyd edib.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib.
“HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə xüsusi təyinatlı qüvvələr arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilib.
Son xəbərlər
Son Xəbərlər