Aİ ölkələri Ukraynaya tədarük edilən sursat və raketlərə görə 650 milyon avro dəyərində təzminat tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə yüksək rütbəli avropalı mənbə məlumat verib:
“Mövcud ehtiyatlardan sursatların dərhal tədarükü üçün bir milyard avro vəd vermişik. Aİ ölkələri Ukraynaya tədarük edilən sursat və raketlərə görə 650 milyon avro məbləğində təzminat tələb edib”.
Onun sözlərinə görə, hazırda kompensasiya tələbləri təsdiqlənir.
Agentliyin mənbəsi onu da əlavə edib ki, Aİ ölkələrinin müraciətləri razılaşdırılmış 1 milyard avrodan çox olarsa, o zaman maliyyələşdirmə yolları haqqında düşünmək lazım gələcək.
Son xəbərlər
Son Xəbərlər