Aİ ölkələrində pandemiyanın üçüncü dalğası elan edildi

ai-olkelerinde-pandemiyanin-ucuncu-dalgasi-elan-edildi
Oxunma sayı: 1457

Avropa İttifaqı ölkələrində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

"Qafqazinfo" xarci mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.

"Biz üçüncü dalğanın tədricən, hətta əksər Aİ ölkələrində sürətlə başladığını görürük", - deyə Spinant qeyd edib. O bildirib ki, bəzi dövlətlərdə yoluxma tempi artıb və vaksinasiya prosesini sürətləndirmək lazımdır.

Qeyd edək ki, dünya üzrə 122 milyondan çox insan  virusa yoluxub, 2,7 milyon nəfər isə dünyasını dəyişib.